SAAT
Təqvİm
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2017-cı ilin 9 ay ərzində gördüyü işlər haqqında

Doqquz ay ərzində Nərimanov Bələdiyyəsi rayon əhalisinin maddi rifah halının yüksəldilməsi, az təminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması, küçə və məhəllələrin abadlaşdırılması istiqamətində bir sıra zəruri işlər həyata keçirmişdir.
Bələdiyyənin səmərəli fəaliyyəti onun güçlü iqtisadi potensialına malik olmasından asılıdır. Ona görə də bələdiyyəmizin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə yerli vergi və ödənişlərin yığılması prosesi təkmilləşdirilmiş və vergi ödəyicilərinin avtomatlaşdırılmış uçotu sistemi yaradılmışdır. Bunun nəticəsində bələdiyyə büdcəsinin gəlirləri 2 dəfə artmışdır.
Büdcəyə daxil olmuş vəsait hesabına bələdiyyə ərazisində yaşayan, sosial cəhətdən ehtiyacı olan vətəndaşlara, əlil, müharibə veteranlarına, tənha, kimsəsiz insanlara, şəhid ailələrinə daimi olaraq maddi yardımlar edilmiş, bayram ərəfəsində sovqatlar verilmişdir.
2017-ci ilin doqquz ayı ərzində Nərimanov Bələdiyyəsi tərəfindən 15 ailə himayəyə götürülmüş və 12 ailəyə isə birdəfəlik maddi yardım edilmişdir. Daxil olmuş ərizələrə əsasən imkansız 2 ailəyə yas mərasiminin keçirilməsinə, 3 ailəyə isə təhsil haqqının bir qisminin köçürmə yolu ilə ödənilməsinə köməklık edilmişdir.
2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş əsgər Mirzəyev Mahir Sabir oğlunun atası Mirzəyev Sabir Knyaz oğlunun ərizəsini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin magisturatura pilləsinə yeni qəbul olunmuş Mirzəyeva Aygül Sabir qızının illik təhsil haqqının köçürmə yolu ilə tam ödənilməsinə köməklık edilmişdir.
Bələdiyyənin inzibati binasında Qurban bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirə ehtiyacı olan əlillər, kimsəsiz qocalar, aztəminatlı və şəhid ailələri dəvət edilmiş və qurban payları paylanmışdır.
Məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi və abadlıq işlərinin görülməsi ilə bağlı Heydər Əliyev prospekti 72, Arif Heydərov küçəsi 27 və A.Neymətulla küçəsi 28 saylı, Etibar Qocayev küçəsi 29 və Ak.H.Əliyev küçəsi 94-96 saylı ünvanlarda yaşayan sakinlər tərəfindən daxil olmuş müraciətlərə baxıldıqdan sonra bələdiyyə tərəfindən abadlıq işləri həyata keçirilmişdir.
Bələdiyyənin inzibati binasında cari təmir işləri və Ə.Rəcəbli küçəsi 56 ünvanında abadlıq işləri aparılmışdır.
Bələdiyyəyə daxil olmuş 29 xidməti məktubun və 44 ərizənin baxılması müəyyən edilmiş müddət ərzində təmin edilmiş və qaldırılmış məsələlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Bundan əlavə 200 vətəndaşa müxtəlif idarə və təşkilatlara arayışlar verilmişdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 150 nəfər vətəndaş olmuşdur.
Nərimanov Bələdiyyəsi sakinlərin xoş rifahı üçün daha dinamik, daha mütəşəkkil işləməyi öz öhdəsinə götürür, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmək üçün lazımi tədbirlər həyata keçirəcəkdir.
13-10-2017, 09:36,