SAAT
Təqvİm
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2016-cı ilin 6 ay ərzində gördüyü işlər haqqında

Təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ölkə bələdiyyələri illər ötdükcə möhkəmlənir və fəaliyyət dairəsini genişləndirir. Bu gün Azərbaycanda hüquq, demokratik, dünyəvi dövlət quruculuğu işləri uğurla həyata keçirilir. Ölkə prezidenti cənab İlham Əliyevin davam etdirdiyi bu siyasətin nəticəsi kimi yerli özünüidarəetmə sistemi getdikcə möhkəmlənir və bələdiyyələrin ölkə daxilində baş verən müsbət dəyişikliklərdə rolu aydın görünür. Bələdiyyələrin ildən-ilə necə inkişaf etdikləri və idarəçilikdə hansı mövqedə durduqları, inzibati ərazinin əhalisi ilə birgə iş görmələri nəzərdən yayınmır. Bu gün bələdiyyələr çalışırlar ki, insanlar dövlətin diqqət və qayğısının onların üzərində olduğunu görsün və hiss etsin.
Nərimanov Bələdiyyəsi öz işində ölkə prezidentinin bələdiyyələrin fəaliyyəti ilə bağlı verdiyi fərman və sərəncamlar, Milli Məclisin yerli özünüidarəetmə ilə bağlı qəbul etdiyi qərarları, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn mühüm vəzifələri, rayon icra hakimiyyəti və bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları əsas götürür.
Ötən altı ay ərzində Nərimanov Bələdiyyəsi rayon əhalisinin maddi rifah halının yüksəldilməsi, az təminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması, küçə və məhəllələrin abadlaşdırılması istiqamətində bir sıra zəruri işlər həyata keçirmişdir.
Bələdiyyəmiz rayon sakinlərinin yerli sosial məsələlərinin həlli istiqamətində bir çox səmərəli işlər görmüşdür. Belə ki, rayon ərazisində kimsəsiz, tənha qocalara, xəstə və əlillərə, ehtiyacı olan digər insanlara maddi yardım göstərilmişdir. 2016-cı ilin altı ayı ərzində Nərimanov Bələdiyyəsi tərəfindən 15 ailə himayəyə götürülmüş və 10 ailəyə isə birdəfəlik maddi yardım edilmişdir. Daxil olmuş ərizələrə əsasən imkansız 1 ailəyə yas mərasiminin keçirilməsinə köməklık edilmişdir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən iyirmi altı il keçməsi ilə əlaqədar bələdiyyədə tədbir keçirilmişdir. Tədbirə şəhid əlilləri və şəhid ailələrinin üzvləri dəvət edilmişdir.
Nərimanov Bələdiyyəsinin inzibati binasında XX əsrin sonunda baş vermiş təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilmişdir. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir.
Nərimanov Bələdiyyəsində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Bələdiyyənin sədri bayram münasibətilə kollektivdə işləyən qadınları təbrik etmişdir.
Xalqımızın ən önəmli milli bayramı olan “Novruz bayramı” münasibətilə bələdiyyədə böyük tədbirlər planını həyata keçirilmişdir. Tədbirə rayon cəmiyyətləri, əlillər, kimsəsiz qocalar, qaçqın, aztəminatlı və şəhid ailələri dəvət edilmiş və bayram sovqatları paylanmışdır.
9 May Böyük Vətən Müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə yüksək səviyyədə tədbir keçirilmişdir. Tədbirə Böyük Vətən müharibəsi iştirakçıları dəvət edilmiş və Qardaşlıq məzarı ziyarət edilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov rayon İcra Hakiyyətinin rəhbərliyi ilə rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə rayonun bir neçə yerində, o cümlədən Ə.Rəcəbli küçəsində ağac əkilməsi və yaşıllaşdırma tədbiri -ümumrayon iməciliyi keçirilmişdir. İməcilikdə əkilmiş ağaclar suvarılmış, taxta dirəklərlə möhkəmləndirilmişdir.
1 iyun "Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibətilə 49 № li körpələr evi-uşaq və 89 № li sanator tipli uşaq bağçalarında bayram şənliyi təşkil edilmişdir. Şirniyyat stolları açılmış, musiqili - əyləncəli proqram təşkil olunmuş və uşaqlara oyuncaqlar hədiyyə edilmişdir.
Məhəllədaxili asfalt örtüyünün çəkilməsi və abadlıq işlərinin görülməsi ilə bağlı İbrahimpaşa Dadaşov küçəsi 50, Ak.Həsən Əliyev küçəsi 50, Əliəşrəf Əlizadə küçəsi 35, Ağa Nemətulla küçəsi 47 və Əlicabbar Orucəliyev küçəsi 9/12 ünvanlarda yaşayan sakinlər tərəfindən daxil olmuş müraciətlərə baxıldıqdan sonra bələdiyyə tərəfindən abadlıq işləri həyata keçirilmişdir.
Bələdiyyənin inzibati binasında Ramazan bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirə ehtiyacı olan əlillər, kimsəsiz qocalar, aztəminatlı və şəhid ailələri dəvət edilmiş və bayram sovqatları paylanmışdır.
Hesabat dövründə Nərimanov Bələdiyyəsinə 47 xidməti məktub və 279 ərizə daxil olmuşdur.Daxil olmuş ərizə və müraciətlərin baxılması müəyyən edilmiş müddət ərzində təmin edilmiş və qaldırılmış məsələlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Bundan əlavə 250 vətəndaşa müxtəlif idarə və təşkilatlara arayışlar verilmişdir.
13-02-2017, 18:11,