SAAT
Təqvİm
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2018-cı ilin 6 ay ərzində gördüyü işlər haqqında

Nərimanov Bələdiyyəsinin inzibati binasında 6 aylıq hesabat toplantısı keçirilmişdir. Nərimanov Bələdiyyəsi toplantıda bələdiyyə fəalları, məhəllə komitələrinin, ictimai təşkilatlarının nümayəndələri, rayon sakinləri qarşısında hesabat vermişdir. Toplantıda çıxış edənlər məhəllədaxili yolların abadlaşdırılmasına görə Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyinə və Nərimanov Bələdiyyəsinə sakinlər adından dərin minnətdarlıq bildirilmişdir.
2018-ci ilin altı ayı ərzində büdcənin gəlirləri 240111 manat təşkil etmişdir. Nərimanov Bələdiyyəsinin büdcəsinə torpaq vergisindən 2200 manat, əmlak vergisindən 102300 manat, mehmanxana rüsumu 25530 manat, torpağın icarə haqqından 19981 manat, digər gəlirlərdən isə 90100 manat daxil olmuşdur.
Hesabat dövründə yerli büdcənin xərcləri 239050 manat təşkil etmişdir ki, bu da 169095 manat əmək haqqına, 24300 manat sosial yardımlara, 36502 manat abadlıq işlərinə, 9153 manat isə sair xərclərə sərf edilmişdir.
Hesabat dövründə bələdiyyənin 8 iclasında 24 məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Bələdiyyənin və onun komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, bələdiyyə mülkiyyətinin idarə edilməsi, rayonun sosial inkişafı sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məhəllədaxili yolların təmiri, bayram tədbirlərin təşkili kimi məsələləri əhatə etmişdir.
Ötən altı ay ərzində Nərimanov Bələdiyyəsi rayon əhalisinin maddi rifah halının yüksəldilməsi, az təminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması, küçə və məhəllələrin abadlaşdırılması istiqamətində bir sıra zəruri işlər həyata keçirmişdir.
Daxil olmuş ərizəyə əsasən 18 saylı Nərimanov - Nizami Seçki Dairəsinin Dairə Seçki Komissiyasına istilik sistemi quraşdırılmışdır.
Rəhim Şıxəliyev küçəsi 3A, 9, 2, 3, 7, 1A, 9A və 2B saylı evlərin qarşısına yeni asfalt örtüyü çəkilmişdir.
Nərimanov Bələdiyyəsi rayon ərazisində Ə.Rəcəbli küçəsi 54, 56 və 58 ünvanlarında yaşıllaşdırma işləri həyata keçirmişdir. Əraziyə yeni qazon örtüyü döşənmiş, şam ağacları, qızıl gül və dekorativ kollar əkilmiş, yol boyunca əkilmiş ağacların dibləri bellənmiş, təmizlənmiş, suvarılmış, taxta dirəklərlə möhkəmləndirilmiş və əhənglə ağardılmışdır.
Azərbaycanın bütün güşələrində olduğu kimi Nərimanov Bələdiyyəsinin inzibati binasında “Novruz" və "Ramazan" bayramı yüksək təntənə və sevinclə keçirilmişdir. Tədbirə rayon ərazisində yaşayan əlil, kimsəsiz- tənha qocalar, qaçqın və şəhid ailələri, bir sözlə ehtiyacı olan insanlar dəvət edilmiş və bayram sovqatları paylanmışdır.
"Uşaqlar cəmiyyətimizin sabahıdır" onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi bizim əsas məqsədimizdir. Hər il olduğu kimi bu ildə bələdiyyəmiz 1 İyun "Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibəti ilə rayon ərazisində yerləşən 49 №-li körpələr evi-uşaq və 89№-li sanator tipli uşaq bağçalarında bayram şənlikləri təşkil etmişdir. Bu münasibətlə uşaqlara şirniyyat stolları və musiqili əyləncə proqramları təşkil edilmiş və uşaqlara hədiyyələr paylanmışdır.
29 aprel - 5 may 2018-ci il tarixlərindəTürk Dünyası Bələdiyyələr Birliyinin xətti ilə Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinin bələdiyyələri arasında əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə təşkil olunmuş təlim-tərbiyə proqramında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının razılığı əsasında nümayəndə heyətinin tərkibində Nərimanov Bələdiyyəsinin sədri Tağıyev Təmraz Tağı oğlu iştirak etmişdir.
Bələdiyyəyə daxil olmuş 121 xidməti məktubun və 87 ərizənin baxılması müəyyən edilmiş müddət ərzində təmin edilmiş və qaldırılmış məsələlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Bundan əlavə 110 vətəndaşa müxtəlif idarə və təşkilatlara arayışlar verilmişdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 102 nəfər vətəndaş olmuşdur.
Nərimanov Bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmək üçün lazımi tədbirlər həyata keçirəcək.
12-11-2018, 15:22,