SAAT
Təqvİm
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2017-cı ilin 6 ay ərzində gördüyü işlər haqqında

Təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyullmuş bələdiyyələr, o cümlədən Nərimanov bələdiyyəsi illər ötdükcə inkişaf edir və fəaliyyət dairəsini genişləndirir.
Ölkə prezidenti cənab İlham Əliyevin davam etdirdiyi bu siyasətin nəticəsi kimi yerli özünüidarəetmə sistemi getdikcə möhkəmlənir və bələdiyyələrin ölkə daxilində baş verən müsbət dəyişikliklərdə rolu aydın görünür. Bələdiyyələrin ildən-ilə necə inkişaf etdikləri və idarəçilikdə hansı mövqedə durduqları, inzibati ərazinin əhalisi ilə birgə iş görmələri nəzərdən yayınmır. Bu gün bələdiyyələr çalışırlar ki, insanlar dövlətin diqqət və qayğısının onların üzərində olduğunu görsün və hiss etsin.
Nərimanov Bələdiyyəsi 2017-ci ilin 6 aylıq hesabatında öz fəaliyyətini bələdiyyənin yerli sosial müdafiə, yerli ekoloji, yerli sosial və iqtisadi inkişaf proqramları, Bələdiyyələrlə İş Mərkəzinin və Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının tövsiyələri çərçivəsində həyata keçirmişdir.
Nərimanov Bələdiyyəsinin inzibati binasında 6 aylıq hesabat toplantısı keçirilmişdir. Nərimanov Bələdiyyəsi toplantıda bələdiyyə fəalları, məhəllə komitələrinin, ictimai təşkilatlarının nümayəndələri, rayon sakinləri qarşısında geniş hesabat vermişdir. Toplantıda çıxış edənlər “Xeyir-şər” evlərinin yenidən qurulmasına, məhəllədaxili yolların abadlaşdırılmasına görə Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyinə və Nərimanov Bələdiyyəsinə sakinlər adından dərin minnətdarlıq bildirilmişdir.
2017-ci ilin altı ayı ərzində büdcənin gəlirləri 287949 manat təşkil etmişdir. Nərimanov Bələdiyyəsinin büdcəsinə torpaq vergisindən 2800 manat, əmlak vergisindən 218684 manat, mehmanxana rüsumu 24456 manat, torpağın icarə haqqından 25270 manat, digər gəlirlərdən isə 16739 manat daxil olmuşdur.
Hesabat dövrüdə yerli büdcənin xərcləri 288516 manat təşkil etmişdir ki, bu da 155770 manat əmək haqqına, 39510 manat sosial yardımlara, 54309 manat abadlıq işlərinə, 38927 manat isə sair xərclərə sərf edilmişdir.
Hesabat dövrüdə bələdiyyənin 7 iclasında 32 məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Bələdiyyənin və onun komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, bələdiyyə mülkiyyətinin idarə edilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətini, rayonun sosial inkişafı sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, yolların təmiri, bayram tədbirlərin təşkili kimi məsələləri əhatə etmişdir.
Ötən altı ay ərzində Nərimanov Bələdiyyəsi rayon əhalisinin maddi rifah halının yüksəldilməsi, az təminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması, küçə və məhəllələrin abadlaşdırılması istiqamətində bir sıra zəruri işlər həyata keçirmişdir.
Bələdiyyənin inzibati binasında nasaz vəziyyətə düşmüş su nasosu və dağılmış tavan yenidən təmir edilmiş, daxil olmuş ərizəyə əsasən 18 saylı Nərimanov - Nizami Seçki Dairəsinin Dairə Seçki Komissiyasına istilik sistemi quraşdırılmışdır.
Təbriz küçəsi 55 və Həsənoğlu küçəsi 2 ünvanlarında yerləşən "Xeyir-şər" evləri təmir edilərək yenidən sakinlərin istifadəsinə verilmişdir.
Məhəllədaxili və yaşayış binaların həyətlərinə asfalt örtüyünün çəkilməsi və abadlıq işlərinin görülməsi ilə bağlı Ağa Neymətulla küçəsi 62 və 62 A, Məlik Məmmədov küçəsi 21-29, Təbriz küçəsi 31 və Məlik Məmmədov küçəsi 89, Ak.H.Əliyev küçəsi 98A ünvanlarda yaşayan sakinlər tərəfindən daxil olmuş müraciətlərə baxıldıqdan sonra Nərimanov Bələdiyyəsi tərəfindən abadlıq işləri həyata keçirilmişdir.
Azərbaycanın bütün güşələrində olduğu kimi Nərimanov Bələdiyyəsinin inzibati binasında “Novruz" və "Ramazan" bayramı yüksək təntənə və sevinclə keçirilmişdir. Tədbirə rayon ərazisində yaşayan əlil, kimsəsiz- tənha qocalar, qaçqın və şəhid ailələri, bir sözlə ehtiyacı olan insanlar dəvət edilmiş və bayram sovqatları paylanmışdır.
Nərimanov Bələdiyyəsi rayon ərazisində Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski prospektinin kəsişməsinə qədər iməclik təşkil etmişdir. İməclikdə yeni tinglər əkilmiş, yol boyunca əkilmiş ağacların dibləri bellənmiş, təmizlənmiş, suvarılmış taxta dirəklərlə möhkəmləndirilmiş və əhənglə ağardılmışdır. May ayının 10-dək hər həftənin şənbə və bazar günlərində rayon ərazisində rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə ağacəkmə, yaşıllaşdırma işləri həyata keçirilmişdir.
2017-ciı ilin altı ayı ərzində Nərimanov Bələdiyyəsi tərəfindən 15 ailə himayəyə götürülmüş, 7 ailəyə isə birdəfəlik maddi yardım edilmişdir. Daxil olmuş ərizələrə əsasən imkansız 2 ailədən olan tələbənin və 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş əsgər Mirzəyev Mahir Sabir oğlunun atası Mirzəyev Sabir Knyaz oğlunun ərizəsini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi Mirzəyeva Aygül Sabir qızının illik təhsil haqqının bir qisminin köçürmə yolu ilə ödənilməsinə köməklık edilmişdir.
"Uşaqlar cəmiyyətimizin sabahıdır" onların qayğısız böyüməsi, yüksk standartlara cavab verən təlim tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi bizim əsəs məqsədimizdir. Hər il olduğu kimi bu ildə bələdiyyəmiz 1 İyun "Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibəti ilə rayon ərazisində yerləşən 49 №-li körpələr evi-uşaq və 89№-li sanator tipli uşaq bağçalarında bayram şənlikləri təşkil edilmişdir. Bayram şənliklərində bələdiyyə üzvləri və qulluqçuları fəal iştirak etmişlər. Bu münasibətlə uşaqlara şirniyyat stolları və musiqili əyləncələr proqramları təşkil edilmiş və uşaqlara hədiyyələr paylanmışdır
Bələdiyyəyə daxil olmuş 50 xidməti məktubun və 76 ərizənin baxılması müəyyən edilmiş müddət ərzində təmin edilmiş və qaldırılmış məsələlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Bundan əlavə 105 vətəndaşa müxtəlif idarə və təşkilatlara arayışlar verilmişdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 300 nəfər vətəndaş olmuşdur.
Nərimanov Bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, rayonun daha da gözəlləşməsi, abadlaşması və sakinlərin xoş rifahı üçün daha dinamik, daha mütəşəkkil işləməyi öz öhdəsinə götürür, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmək üçün lazımi tədbirlər həyata keçirəcəkdir.


18-07-2017, 11:43,