SAAT
Təqvİm
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2016-cı ilin I rübü ərzində gördüyü işlər haqqında

Nərimanov Bələdiyyəsi 2015- ci ili uğurla başa vurdu. 2015-ci ildə görülmüş işlər haqqında illik hesabat və görülən işlərdən bəhs edən fotolar internet saytında yerləşdirilmişdir. 2016-cı ilin büdcəsi və həyata keçiriləcək layihələr təsdiq olundu.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən iyirmi altı il keçməsi ilə əlaqədar bələdiyyədə tədbir keçirilmişdir. Tədbirə şəhid əlilləri, şəhid ailələrinin üzvləri dəvət edilmişdir. Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan xalqının oğul və qızlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.
26 fevral 2016-cı il tarixdə Nərimanov Bələdiyyəsində XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilmişdir.Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımının qurbanlarını bir dəqiqəlik sükutla yad edilmişdir.
Nərimanov Bələdiyyəsində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Bələdiyyənin sədri bayram münasibətilə kollektivdə işləyən qadınları təbrik etmişdir.
Xalqımızın ən önəmli milli bayramı olan “Novruz bayramı” münasibərilə bələdiyyədə böyük tədbirlər planı həyata keçirilmişdir. Tədbirə rayon cəmiyyətləri, əlillər, kimsəsiz qocalar, qaçqın, aztəminatlı və şəhid ailələri dəvət edilmiş və bayram sovqatları paylanmışdır.
Nərimanov Bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. Növbəti abadlıq işləri İ.P.Dadaşov küçəsi 50 saylı və Ak.H.Əliyev küçəsi 50 saylı ünvanlara yeni asfalt örtüyü salınmışdır.
Bələdiyyəmiz rayon sakinlərinin yerli sosial məsələlərinin həlli istiqamətində bir çox səmərəli işlər görmüşdür. Belə ki, rayon ərazisində kimsəsiz, tənha qocalara, xəstə və əlillərə, ehtiyacı olan digər insanlara maddi yardım göstərilmişdir. 2016-cı ilin I rübündə Nərimanov Bələdiyyəsi tərəfindən 14 ailə himayəyə götürülmüş, 4 ailəyə birdəfəlik maddi yardım edilmiş və bir ailəyə isə yas mərasiminin keçirilməsinə köməklik məqsədilə maddi yardım edilmişdir.
13-02-2017, 18:07,