SAAT
Təqvİm
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2018-cı ilin I rübü ərzində gördüyü işlər haqqında

Nərimanov Bələdiyyəsi 2018-ci il üçün büdcə planını təsdiqləyərək işə başlamışdır. Büdcə planında sosial və iqtisadi inkişaf məsələlərinin həlli üçün maliyyə imkanları nəzərdə tutulmuşdur. Büdcənin əsas gəlirləri əmlak və torpaq vergisindən, bələdiyyə əmlakının icarəyə verilməsindən, mehmanxana rüsumu, gecə və son dayanacaqlarından yığılan vergilərdən və sairdən ibarətdir.
Belə ki, büdcəyə daxil olmuş vəsait hesabına Bələdiyyə ərazisində yaşayan, sosial cəhətdən ehtiyacı olan 15 ailə himayəyə götürülmüş, 2 ailəyə isə birdəfəlik maddi yardım edilmişdir.
Nərimanov Bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. N.Hacıyev küçəsi, ev 6 və 6A ünvanlarında yaşayan sakinlərin müraciət ərizəsinə əsasən binanın qəzalı vəziyyətə düşmüş dam örtüyünün bərpa edilməsi üçün lazım olan materiallar alınaraq yenidən təzələnmişdir.
18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin Dairə Seçki Komissiyasının inzibati binasına istilik sistemi quraşdırılmışdır.
2018-ci ilin yanvar ayının 16-dan 18-ə kimi Türkiyə Respublikasının İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyi ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası arasında Əməkdaşlıq Protokolunun imzalanma mərasimində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Bakı şəhəri, Nərimanov rayon Bələdiyyəsinin sədri Tağıyev Təmraz Tağı oğlu iştirak etmişdir.
“8 Mart Beynəlxalq Qadınlar” günü münasibətilə Bələdiyyənin inzibati binasında təntənəli tədbir keçirilmişdir.Tədbirdə bələdiyyənin qadın kollektivi mükafatlandırılmışdır.
Azərbaycanın bütün güşələrində olduğu kimi Nərimanov Bələdiyyəsinin inzibati binasında da “Novruz bayramı” yüksək təntənə və sevinclə keçirilmişdir. Tədbirə rayon ərazisində yaşayan əlil, kimsəsiz- tənha qocalar, qaçqın və şəhid ailələri dəvət edilmiş və bayram sovqatları paylanmışdır.
Bələdiyyəyə daxil olmuş 57 xidməti məktubun və 30 ərizənin baxılması müəyyən edilmiş müddət ərzində təmin edilmiş və qaldırılmış məsələlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Bundan əlavə 55 vətəndaşa müxtəlif idarə və təşkilatlara arayışlar verilmişdir
Nərimanov Bələdiyyəsi üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmək üçün lazımi tədbirlər həyata keçirəcəkdir.
1-05-2018, 12:20,