SAAT
Təqvİm
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2017-cı ilin I rübü ərzində gördüyü işlər haqqında

Nərimanov Bələdiyyəsi 2017-ci il üçün ştat cədvəlini, iş və büdcə planını təsdiqləyərək işə başlamışdır. Büdcə planında sosial və iqtisadi inkişaf məsələlərinin həlli üçün maliyyə imkanları nəzərdə tutulmuşdur. Büdcənin əsas gəlirləri əmlak və torpaq vergisindən, bələdiyyə əmlakının icarəyə verilməsindən, mehmanxana rüsumu, gecə və son dayanacaqlarından yığılan vergilərdən və sairdən ibarətdir.
Belə ki, büdcəyə daxil olmuş vəsait hesabına Bələdiyyə ərazisində yaşayan, sosial cəhətdən ehtiyacı olan 15 ailə himayəyə götürülmüş və 6 ailəyə isə birdəfəlik maddi yardım edilmişdir.
“8 Mart Beynəlxalq Qadınlar” günü münasibətilə Bələdiyyənin inzibati binasında təntənəli tədbir keçirilmiş, bələdiyyənin qadın kollektivinə mükafatlar verilmişdir.
Bələdiyyənin inzibati binasında nasaz vəziyyətə düşmüş su nasosu və dağılmış tavan yenidən təmir edilmişdir. Təmir işlərinə 425 manat maliyyə vəsaiti xərclənmişdir.
Daxil olmuş ərizəyə əsasən 18 saylı Nərimanov - Nizami Seçki Dairəsinin Dairə Seçki Komissiyasına istilik sistemi quraşdırılmışdır.
Nərimanov Bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. Növbəti abadlıq işləri A.Neymətulla küçəsi 62 və 62 A saylı ünvanlara yeni asfalt örtüyü salınmışdır.
Azərbaycanın bütün güşələrində olduğu kimi Nərimanov Bələdiyyəsinin inzibati binasında da “Novruz bayramı” yüksək təntənə və sevinclə keçirilmişdir. Tədbirə rayon ərazisində yaşayan əlil, kimsəsiz- tənha qocalar, qaçqın və şəhid ailələri dəvət edilmiş və bayram sovqatları paylanmışdır.
Bələdiyyəyə daxil olmuş 28 xidməti məktubun və 45 ərizənin baxılması müəyyən edilmiş müddət ərzində təmin edilmiş və qaldırılmış məsələlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Bundan əlavə 53 vətəndaşa müxtəlif idarə və təşkilatlara arayışlar verilmişdir
Nərimanov Bələdiyyəsi üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmək üçün lazımi tədbirlər həyata keçirəcəkdir.
20-04-2017, 13:07,